Aparıcı olmaq

18 Nov 2018 / Samir Bayramli

İlk əvvəl onu söyləyim ki, bu peşəni həqiqətən də seçmək fikriniz və bu işlə istəyərək məşğul olmaq istəyiniz varsa, ilk əvvəl kiçik yaşlarınızdan buna yönlənin.

Yəni maksimum dərəcədə əlinizə fürsət düşdükcə məktəb, universitet və ya digər tədbirlərdə aparıcılıq edin. Ən azından bu sizə bu sizə gələcək üçün təcrübə olacaq. Daha sonra bu peşənin mütləq təhsilini almalısınız. Çünki işin peşəkarı olmaqda təhsil vacib və mütləq şərtlərdən biridir. Bu üstünlüyünüzü digərlərindən fərqinizi gördükcə anlayacaqsınız. Bütün bu dediklərim ilk mərhələdir, əlbəttə ki, əsas mərhələ iş təcrübəsindədir. Aparıcı peşəsinin hansı qolu ilə məşğul olmağınızdan aslı olmayaraq ilk andan efirə can atmayın. Öncə kadr arxasını çalışıb öyrənin. İşin ərsəyə gəlmə prosesində iştirak edib təcrübə yığın ki, sabah deməyə sizin də sözünüz olsun! Efirə isə sırf məşhur olmaq, hər kəsim sizi tanıması, müəyyən yerlərdə önə çıxmaq üçün deyil işinizi sevdiyiniz və bu peşə həyatınızın önəmli yerində olduğu üçün çıxın. Əks halda bu ya çox uzun çəkməyəcək, ya sevilməyəcəksiniz, ya da efirdən yaddan çıxmaq üzrə itəcəksiniz. Yəni yaddaşlarda qalmayacaqsınız! O ki qaldı efirdəki aparıcılığınıza maksimum səmimi,mütləq peşəkar və ən əsası özünüzə və tamaşaçıya qarşı hörmətli olmağa çalışın. 

News