DOĞMA DİYAR

“Doğma Diyar” tədbiri

Tədbir haqda
Vaxtilə Şou Biznesin ən geniş büdcəli və ən yaddaqalan layihəsi idi. Layihə çərçivəsində ölkənin iki əsas ulduzu Röya və Zamiq Hüseynovla bərabər Azərbaycanın 17 bölgəsində xalq konsertləri ilə çıxış etdik. 3 ay davam edən silsilə konsertlərin əsas aparıcısı olaraq çıxış etmək və on minlərlə insanla ünsiyyətdə olmaq xüsusi peşəkarlıq tələb edən iş idi. Layihə sentyabr ayında Bakıda Əl oyunları sarayında yekun konsertlə başa çatdı. Və layihə çərçivəsində baş tutan bütün konsertlərin aparıcılığını etdiyim üçün qürur duyuram.
Detallar
  • Müştəri: Doğma Diyar
  • Tarix: 15 Jun 2010