TÜRK Vision

Türk Vision Tədbiri

Tədbir haqda
Dünyada ilk dəfə keçirilən türkdilli dövlətlərarasında baş tutan ilk Türkvision Beynəlxalq yarışmasının rəsmi aparıcısı olmuşam. Aparıcı olaraq istər ölkəmizdə, istərsə də digər türk dövlətlərində baş tutan yarışmanın aparıcılığı daha çox məsulliyyət tələb edirdi. Azərbaycanda keçirilən yarışmanın rəsmi aparıcısı və Türkiyənin Eskişehir şəhərində baş tutan yarışmanın yaradıcı heyyətinin üzvü olaraq iştirakım, nəticənin daha ürəkaçan olmasında rol oynamağım, xüsusi zövq ve yaddaqalan etdi. Bir neçə ay davam edən bu yarışmada Fərid Hüseynov ölkəmizi təmsil edirdi. Böyük həyəcan və ciddi məsuliyyətlə Samir Cavadzadə, Ranar Musayev Gövhər Həsənzadə ilə birgə nümayəndə heyyətinin bir üzvü olaraq xüsusi hazırlaşmağımız qələbə ilə nəticələndi.
Detallar
  • Müştəri: Türk Vision
  • Tarix: 12 Dec 2013